Üç komanda Britaniyada trasa çıxmayacaq?

Üç komanda Britaniyada sərbəst yürüşlərə çıxmaya bilər

Xəbər verdiyimiz kimi, Britaniyada ilk dəfə fərqli həftəsonu formatı tətbiq olunacaq – yəni cümə günü sıralanma turu, şənbə günü isə qısa yarış keçiriləcək. Həm cümə, həm də şənbə günü isə sürücüləri bir birsaatlıq sərbəst yürüş gözləyir.

İndi isə məlum olub ki, Aston Martin, Alpine və McLaren şənbə günü 2-ci sərbəst yürüşləri buraxa bilərlər. Səbəb isə çox sadədir. Adi formatda bağlı park rejimi şənbə sıralanma turundan sonra tətbiq olunurdusa, indi isə cümə günündən tətbiq olunacaq. Bu komandalarda isə ilişmə muftasının resursu 330-360 km-dir.

Adətən şənbə günü sıralanmadan əvvəl dəyişən element yarışın sonuna qədər çatırdı, indi isə cümə günü mexaniklər dəyişsələr, sıralanma, sərbəst yürüş, 100 km-lik və 305 km-lik yarış resursdan çox olacaq.

Komandalar FİA-ya müraciət ediblər, cavab gözləyirlər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*