A.Prost: “Hədəflərimiz dəyişməyib”

Renault komandasının məsləhətçisi Alen Prost bildirib ki, hədəfləri dəyişməyib.

F-1.az xatırladır ki, Renault idmana 2016-cı ildə qayıtsa da, hələ də gözləntiləri qarşılaya bilməyib. Fransızların ən yaxşı nəticələri 2018-ci ildəki dördüncülük olub.

Alen Prost: “Podiumda olmaq, ən güclülərlə yarışmaq və təbii ki, Dünya Çempionluğunu qazanmaq istəyirik. İstəklərimiz dəyişməyib, amma realist olmalıyıq. Bir neçə il əvvəlki hədəflərimizdən somra məyus olduq, çünki onları çox şişirtmişdik. Bu hədəflər komanda üzərindəki təzyiqi artırdı və buna nəzarət etmək mümkün deyildi. Bununçün uzun zamana ehtiyac olduğunu bilməli idik.

Siril Abitebul komandanın inkişafı üçün çox iş görür. 2019-cu ilin sonunda Pət Fray gəldi və şassi üzrə texniki direktor oldu. Artıq sürətli olmaqçün komandada hər şey var. Unutmayaq ki, Formula1-də hər şey insandan asılıdır. Biz Formula1-də uzun illər keçirmişik. Həm şassi, həm də motor istehsal edən üç komandadan biriyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*