F.Alonso tam sağlamdır və yarışda iştirak edəcək!

FİA rəsmən McLaren komandasının sürücüsü Fernando Alonsoya Çin Qran Prisində tam iştirak etməyə icazə verib.

F-1.az xatırladır ki, Avstraliyada keçirdiyi ağır qəzanın fəsadları üzündən Avropa Qran Prisinin səfiri həkimlərin qərarı ilə Bəhreyn yarışına buraxılmamışdı. Elə Çin yarışında da ispaniyalı sürücünün iştirakı uzun müddət sual altında idi.

Dünən FİA-nın tibbi personalı Fernandoya yalnız cümə sərbəst yürüşlərinin ilk sessiyasında iştirak etməyə icazə vermişdi. Bir az əvvəl birinci məşqlər başa çatdıqdan sonra McLaren komandasının sürücüsü Şanxay trasının tibbi mərkəzinə yollanıb. İkiqat dünya çempionu zəruri bütün testlərdən keçdikdən sonra FİA-nın yarışda iştirak etmək üçün rəsmi icazəsini alıb.

Beləliklə, Fernando Alonso tam sağlamdır və Şanxayda çıxışını davam etdirəcək!

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*