Red Bull sürücüləri Çin və Bəhreyn yarışları barədə nə düşünürlər?

Aprel ayında çempionatın iştirakçılarını ilk qoşalaşmış yarışlar - Çin və Bəhreyn Qran Priləri gözləyir. F-1.az bildirir ki, Red Bull komandasının sürücüləri növbəti iki yarış barədə fikirlərini bölüşüblər.

Maks Ferstappen: “Çin kimi gözəl ölkəyə səfər etmək mənim üçün hər zaman xoşdur. Oradakı tras da əladır. Mən Hollandiyada olanda da tez-tez Çin mətbəxinə aid yeməklər yeyirəm, lakin Çində həmişə qeyri-adi şeyləri sınamaq mümkündür. Lakin yerli qidalarla ehtiyatlı olmaq lazımdır. Baxmayaraq ki, çox xoşuma gəlir, mən pəhriz saxlamalıyam. Ölkənin zəngin tarixi var. Mən böyük pandaları heç olmasa bir dəfə görmək istərdim. Mövsümün əvvəlində bura gəlməyimiz yaxşıdır. Hər şey yenidir və çempionatda hələ heç nə məlum deyil.

Bəhreyndəki tras da çox maraqlıdır, lakin orada təkərləri başa düşmək çətindir. Yarış süni işıqlar altında keçirilir və bu da şəraiti dəyişdirir. Asfaltda bəzən çox nazik qum təbəqəsi olur ki, bu da bizi daha çətin vəziyyətlə qarşı-qarşıya qoyur. Biz çimərliyin yanında çox yaxşı bir oteldə qalırıq. Həm də mənim oradakı kartinq mərkəzi ilə bağlı xoş təəssüratlarım var. Bütün bunlara görə Bəhreyndəki həftəsonunun tez gəlib çatmasını arzu edirəm”.

Daniel Rikkardo: “İllərdir ki, Şanxay trası mənim çox xoşuma gəlir. İlk yarışımda bəyəndiyim traslar siyahısına daxil deyildi. Lakin növbəti illərdə komandanın vəziyyəti düzəldikcə orada yaxşı nəticələr əldə etməyə başladım. Buna görə də indi Çinə gedəcəyimiz üçün sevinirəm. Şanxay şəhəri avtodromdan xeyli uzaqda yerləşir. Lakin buna baxmayaraq, oranın maraqlı gecə həyatında və əla restoranlarında əylənmək üçün vaxt tapmağa çalışacam.

Bəhreyndəki tras isə Şanxaydakından çox fərqlidir. Bəhreyn daha günəşlidir və otelimiz çimərliyin yaxınlığında yerləşir. Mən oteldə şortikimi geyinərək əla istirahət edə bilərəm. Saxirdəki yarış süni işıqlar altında keçirilməyə başladıqdan sonra daha maraqlı olub. Ora da Şanxaydakı tras kimi əvvəl çox da xoşuma gəlmirdi. Lakin yaxşı nəticələr əldə etdikcə, sevimli traslarımdan birinə çevrildi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*