Bəhreyndəki ikinci yarış fərqli konfiqurasiyada keçirilə bilər

Ross Braun bildirib ki, əgər Sahirdə iki yarış baş tutacaqsa, ikinci yarış üçün trasın alternativ konfiqurasiyasından istifadə etmək olar.

F-1.az xatırladır ki, Bəhreyn Qran Prisi 2010-cu ildə 6,3 km-lik trasda keçirilmiş, lakin sürücülər 4-cü və 6-cı döngələr arasındakı hissəni bəyənməmişdilər. İki il sonra baş tutan növbəti yarışda isə indiki konfiqurasiyadan istifadə olunmuşdu ki, onun da uzunluğu 5,4 km-dir.

Formula1-in idman direktoru bu dəfə daha fərqli variant təklif edir – bir çox yolların olduğu Sahirdə ikinci yarışın kənar çevrə boyunca baş tutmasının mümkünlüyünü bildirir ki, bu zaman məsafə 3,6 km olacaq.

Ross Braun: “Bu trasın üstün cəhəti müxtəlif konfiqrasiyaların mümkünlüyüdür və bu təklif qəbul edilərsə, sürücülər tamamilə fərqli trasda yarışmış olacaqlar. Bütün variantlar FİA standartlarına uyğundur və lisenziyalıdır. Məsələn, bu variantda tras haradasa oval formadadır və orada yarış izləmək maraqlı olardı”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*