L.Həmilton kumirinin maşınını alır?

Bəzi iddialara əsasən Lyuis Həmilton kumiri Ayrton Sennanın bolidini almaq istəyir.

F-1.az xəbər verir ki, Ayrton Sennanın 1993-cü ildə Monakoda qalib gəldiyi McLaren MP4/8 mayın 25-də Monte Karloda hərraca çıxarılacaq.

Bolidin artıq 3 müştərisinin olması üzə çıxıb. Bu müştərilərdən biri də Sennanı kumiri kimi görən Lyuis Həmiltondur. Digət potensial müştəri isə McLaren-in sabiq rəhbəri Ron Dennisdir. Xatırladaq ki, Ron hərraca çıxarılan əksər McLaren bolidlərini satın alıb və onlar McLaren Texnologiya Mərkəzinin girişində nümayiş olunurlar. Lakin məşhur hərrac şirkəti Bonham-dan Mark Özborn bildirib ki, bolidlə Formula1 dünyasından heç kim maraqlanmır. Müştərilər varlı azarkeşlərdir.

Xatırladaq ki, Ayrton Senna bu bolidlə Monakoda ardıcıl 5-ci, ümumilikdə isə 6-cı qələbəsini qazanmışdı.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*