M.Ferstsppen: Maraqlı yarış olacaq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, son sessiyada yaxşı dövrə vura bilməyib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü lider Həmiltondan sadəcə 0.087 saniyə geri qalaraq, 3-cü olub.

Maks Ferstappen: “Son sessiyadakı son dövrəmdə, üçüncü döngədə tras xaricinə çıxdım və buna görə də istədiyim nəticəni almadım. Lakin həmişə güclü olmaq mümkünsüzdür. Görək nəyi harada səhv etmişik.

Sıralanma turu çox çətin keçdu. Buna baxmayaraq start üçün yaxşı yerdəyik, üçüncüyük. Maraqlı yarış olacaq, çünki iki bolidimiz fərqli təkərlərə sahibdir. Görək necə olacaq. Mercedes-in işini çətinləşdirəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*