O.Safnauer: “Mercedes üçün ən real namizəd Battondur”

Force İndia komandasın əməliyyat direktoru Otmar Safnauer bildirib ki, Mercedes üçün ən yaxşı seçim təqaüdə çıxmış Censon Battondur.

F-1.az xatırladır ki, Censon Batton mövsümün əvvəlində Formula1-də qalmaq istədiyini desə də, McLaren gələn il Alonso və Vandorn ilə yarışacağını açıqlamışdı. Britaniyalı bundan sonra Formula1 karyerasını bitirmək qərarı almış və Əbu Dabudə son Formula1 yarışına çıxmışdı.

Amma Niko Rosberq gözlənilmədən təqaüdə çıxdıqdan sonra Censon Battonun adı Mercedes ilə hallanmağa başlayıb.

Xatırladaq ki, Batton 2010-2012-ci illərdə Həmiltonla komanda yoldaşı olmuş və yaxşı performans göstərmişdi.

Otmar Safnauer: “Bəlkə də Verlyayn və Bottası düşünəcəklər. Amma hər ikisi də olmaz və ən yaxşı namizəd Censon Battondur. Censon Lyuisi yaxşı tanıyır. O, Dünya Çempionudur və çox təcrübəlidir. Alonsodan daha real namizəddir.

Sebastyan Fettel, Daniel Rikkardo, Maks Ferstappen və Fernando Alonso Həmilton üçün həyatı çətinləşdirəcəklər. Bu 4 sürücüdən birini Mercedes-də görmək əla olar. Amma inanmıram ki, komandaları icazə versin”.

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*