25 Avqust 2019, Bazar - 12:01

M.Ferstappen: “Rikkardo ilə aramız dəyə bilər”

M.Ferstappen: “Rikkardo ilə aramız dəyə bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

12:16 - 05 Yanvar, 2017

Maks Ferstappen çempionluq uğrunda mübarizə aparacaqları halda, Daniel Rikkardo ilə aralarının dəyəcəyini gözləyir.

F-1.az xatırladır ki, Maks Ferstappen və Daniel Rikkardo mehribanlıqlarına görə fərqlənən komanda yoldaşlarındandırlar. Malayziyada qələbə üçün təkər-təkərə mübarizə aparan cütlük yarışı təmas yaşamadan bitirə bilmişdi.

Amma Ferstappen bildirib ki, əgər Rikkardo ilə çempionluq uğrunda mübarizə aparsalar, aralarındakı yaxşı münasibət pozula bilər: “Mən uşaq deyiləm. Aramızdakı mübarizə artdıqca, gərginlik də artacaq. Daniel həmişə hamıya qarşı gülərüzdür. Mən də eyni şeyi edirəm. İki sürücünün də məlumat verməsi komanda üçün çox vacibdir.

Rikkardo ilə aramız Karlosa nisbətən yaxşıdır. Amma burada vəziyyət fərqlidir. Toro Rosso-da olanda Rikkardonun yaxşı performans göstərməsindən xəbərdar idik və Red Bull-da bir yerin boşalacağını bilirdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 591
Teqlər , ,
Paylaş

logo