M.Ferstappen: “Ən yaxşı yarışım Avstriya idi”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Avstriya qələbəsi builki ən yaxşı uğurudur.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışın startında gecikib 9-cu yerə qədər geriləsə də, yarış ərzində rəqiblərini bir-bir keçmiş və son dövrələrdə Lekleri də qabaqlayaraq, mövsümdəki ilk qələbəsini qazanmışdı. Bu, həm də 2015-ci ildə idmana qayıdan Honda-nın 13 ildən sonra Formula1-dəki ilk qələbəsi idi.

Maks Ferstappen: “Məncə, builki ən yaxşı yarışım Avstriya idi. Həm ev yarışımız idi, həm Honda ilə ilk qələbəmizi qazandıq. Həm də çoxlu hollandiyalı fanat var idi. Bizimçün çətin keçən yarışlardan sonra Avstriyaya gəlmişdik. Hava çox isti idi. Düzgün sazlanmaları tapdıq və bolid yaxşı işlədi. Yeniliklər də kömək etdi, ancaq gözləmirdik. Bu, komandaya yüksək əhval-ruhiyyə gətirdi. Honda da rahatlandı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*