M.Ferstappen: Macarıstan bizə uyğun deyil

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Hunqarorinq onlara uyğun tras deyil.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il 7 yarış qazanıb və hazırda ən yaxın rəqibi Lekleri 63 xal qabaqlayır.

Maks Ferstappen: “Macarıstan xüsusi trasdır və orada sürməkdən həzz alıram, çünki go-kart trasını xatırladır. Xüsusilə çox texnikalı ikinci sektor elədir. Görək hava bizə necə təsir edəcək.

Burada performansımız müəmmaldır, çünki tras bolidimizə uyğun deyil. Yaxşı nəticə qazanmaq istəyirəm. Əlimdən gələni edəcəm.

Yay tətilini səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, mövsümün ikinci yarısında güclü formada qayıdarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*