Maks Ferstappen Red Bull Racing-in bazasını ziyarət edib

Red Bull Racing-dən mümkün ayrılması barədə yayılan şayiələr fonunda Maks Ferstappen komandanın Milton Kinsdəki bazasını ziyarət edib.

Mənbələr bildirir ki, dördqat dünya çempionu çərşənbə günü bazaya gəlib və orada, demək olar ki, bütün günü görüşlər keçirib.

Ehtimal olunur ki, Maks mühəndislərlə birlikdə keçən həftəsonu Silverstounda baş verənləri təhlil edib və yay fasiləsindən əvvəl mövsümün ilk yarısını tamamlayacaq Belçika və Macarıstan mərhələlərinə hazırlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*