M.Brandl: Maksın yerinə gəlmək istəyən çoxdur

Təcrübəli ekspert niderlandlı sürücünün reqlamentdəki dəyişikliklərə narazılığına münasibət bildirib.

F-1.az bildirir ki, Martinin fikrincə, Ferstappen Red Bull-dan gedərsə, onun əvəzləmək istəyən milyonlarla insan var.

Martin Brandl: “Ferstappen qayda dəyişikliklərinə görə gedə bilərmi? Buna təəccüblənərdim. Amma o, getmək istəsə, Red Bull-da yer almaqdan çox xoşbəxt olacaq bir milyon başqa pilot var.

Düşünürəm ki, Maks bunu deməyə çalışır: “Çox çaşqınlıq yaratmayın. Gəlin sadəcə irəli gedək və davam edək. Əsas qaydaları daim dəyişmək lazım deyil”. Mən onun baxışını başa düşürəm. Ancaq bunu niyə birdən-birə dilə gətirdiyini anlaya bilmirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*