M.Ferstappen: Bütün yarışları qazanacağam

Red Bull komandasının sürücüsü Maks Ferstappen bu il yaxın mübarizə gözləyir.

F-1.az xatırladır ki, Mercedes son altı ildə Mühəndislər Kubokunun qalibi olub. Lakin bu il bəzi traslar təqvimdəm çıxarılıb. Avstriya və İngiltərədə iki yarış keçiriləcək. Avstriyada son iki ildə Red Bull qələbə qazanmışdı.

Maks Ferstappen: “Yaxın mübarizə olacaq. Red Bull və Ferrari artıq Mercedes-ə yaxınlaşıb. Əvvəlki illərdə Həmilton və komandası əla işlədilər. Ancaq bu il onlarla mübarizə apara bilərik.

Hər yarış qələbə üçün mübarizə aparacağam. Bütün komanda çempion olmaq istəyir. Çox gərgin təqvim olacaq. Uzun fasilədən sonra yenidən başlamaqçün səbirsizlənirəm. Yay tətilinə ehtiyacım yoxdur. Əvvəlkindən çox məşq etmişəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*