P.Vindzor: Piastri Red Bull-da yaxşı çıxış edərdi

Nüfuzlu Formula1 eksperti McLaren-in gənc sürücüsü barədə tərif dolu sözlər deyib.

F-1.az xəbər verir ki, onun şəxsi YouTube kanalında səsləndirdiyi fikrinə görə, Oskar əgər Red Bull-da çıxış etsəydi, çox yaxşı nəticələrə imza atardı.

Piter Vindzor: “İndi o, böyük pilotdur və böyük potensiala malikdir. Red Bull-da olsa idi, yaxşı çıxış edə bilərdi və Ferrari-də Saynsa çox yaxın olardı. Aydındır ki, o, hələ Corc Rassell, Lyuis Həmilton, Şarl Lekler və Maks Ferstappen qədər sürətli deyil. Amma mənə elə gəlir ki, potensial olaraq onlarla eyni sıradadır. Və bu Lando Norris üçün gələcəkdə problem ola bilər”.

Qeyd edək ki, cari mövsümdə geridə qalan 5 yarışda Oskar komanda yoldaşı Norrisə uduzur – o, yalnız doğma ölkəsində baş tutan yarışda səkkizinci olaraq F1-dəki xal hesabını aça bilib. Lakin hələ ki, aktivində olan xallar da elə onlardan ibarətdir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*