Oskar Piastrinin McLaren-in bazasında ilk günü

Lando Norrisin yeni komanda yoldaşı Oskar Piastrinin gəlişi ilə McLaren-in gözləntiləri böyükdür və hətta avstraliyalı sürücünün Vokinqdəki komandanın bazasındakı ilk gününə ayrıca 5 dəqiqəlik video həsr etmək qərarına gəliblər.

F-1.az xəbər verir ki, videonun ilk dəqiqəsində komandanın sürücüyə şəxsi istifadəsi üçün ayırdığı qırmızı idman avtomobili McLaren Artura görünür.