Oskar Piastri: Mən bu nəticədən razıyam

Oskar Piastri Monzada sıralanma turunun finalında həlledici dövrəni korladı, ilk döngədən əvvəl təkərləri blokladı. Nəticədə, McLaren komandasının avstraliyalı sürücüsü üçüncü yeri tutub. Sıralanma turundan sonra Oskar bildirib ki, istənilən halda, maşının sürəti poul uğrunda mübarizə aparmaq üçün kifayət etmirdi.

Oskar Piastri: “Düşünmürəm ki, bu gün poul uğrunda mübarizə aparacaq sürətimiz var idi. Final sessiyadakı ilk dövrəm kifayət qədər yaxşı alındı.

Son cəhdədən əvvəl pit-leynə ilk kimin çıxacağı mənə maraqlı idi, amma heç kim bunu istəmirdi. Bilirdim ki, birinci olmaq çətin olacaq, əylənmə nöqtəsini səhv hesabladım və təkərləri blokladım.

Gərgin sıralanma turu oldu, amma yaxşıdır ki, layiqli nəticə qazandıq. Belə uğurlarım artıq çoxdan olmamışdı, buna görə də razıyam”.