Maks Ferstappen Zandfortda ilk dövrələrini vurub – VİDEO

Zandfort trası 35 illik fasilədən sonra Formula1 təqviminə qayıdıb - may ayında avtodromda Niderland Qran Prisi baş tutacaq. Artıq yolun yenidən qurulması başa çatdırılıb, yenilənmiş yarış kompleksinin rəsmi açılışı şənbə günü olacaq.

F-1.az bildirir ki, bu günlərdə Red Bull komandası trasda olmuş və özü ilə RB8-i – 2012-ci ilin çempion maşınını gətirmişdi. Yerli azarkeşlərin kumiri və trasın təqvimə qayıtmasının birbaşa səbəbkarı olan Maks Ferstappen bu gün çempion maşının sükanı arxasında yenidən qurulan trasda bir neçə dövrə vuub.

Gənc sürücü yarış maşınının sükanı arxasında yenilənmiş Zandvortu sınamış ilk idmançı olub, avtodromun mətbuat xidməti isə hadisəni trasın “ilk təftişi” adlandırıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*