T.Volff Ferstappeni tənqid edib

Mercedes Motorsportun rəhbəri Toto Volff bildirib ki, Ferstappenlə Rosberqin təması kimi insidentlər Formula1-də olmamalıdır...

F-1.az xatırladır ki, Ferstappen yarışın startında ikinci yer uğrunda mübarizə apararkən, Rosberqlə təmas yaşamış və almaniyalı trasdan çıxmalı olmuşdu.

Toto Volff: “Yarışdan sonra aldığı cəza bəlkə də bütün səhvlərinin nəticəsidir. Çox qəddar hücum idi. Əgər son 3 yarışa girəndə çempionatın lideri ilə mübarizə aparırsansa, onun təkərlərinə təmas etməməlisən. Ferstappenin qəddar sürüş tərzi var və bunu sevdim.

Komandası da ona radio ilə “Nikodan uzaq dur” mesajı verdi. Mən də ona bu sözü demək istəyirdim. Komanda ona nəzarət edir, amma bolidin içində işlər çətinləşə bilər”.

Volff Həmiltonun startda trası kəsməsi barədə də düşüncələrini bildirib: “Birinci dövrə idi və müdafiə olunmurdu. Stüardlar ilk döngə mövzusunda rahat davranırlar. Maksa da cəza vermədilər. Hər ikisi üçün də doğru qərar idi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*