M.Ferstappen: Yarışdan həzz aldım

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Avstriyada qalib gəldiyi üçün çox xoşbəxtdir.

F-1.az xatırladır ki, niderlandlı sürücü Avstriya Qran Prisindən maksimum – 34 xal toplayıb. O, yarışın son iki dövrəsində pitə gələrək Soft təkərlər götürüb və bununla da ən sürətli dövrəni vuraraq, həftəsonunun son 1 xalını da əldə edib. 25 yaşlı sürücü hazırda ən yaxın rəqibi Peresdən 81 xal öndədir.

Maks Ferstappen: “Mənim üçün ən vacib şey ilk dövrədə öndə qalmaq idi. Daha sonra öz yarışımızı çıxaracağımızı bilirdim.

Virtual təhlükəsizlik maşını rejimində pitə getməməyi və normal strategiyamıza sadiq qalmağı seçdik. Məncə, bu işə yaradı, çünki burada təkər yeyilməsi çox idi. Məncə, bütün təkərlərdə mükəmməl idik. Uzun sözün qısası, əla gün idi və həzz aldım.

Virtual təhlükəsizlik maşınından əvvəl fərqi açdığımızı görə bilirdim. Buna görə də əmin idim ki, sonda onları keçəcəm. Öz planımıza sadiq qalmaq o an üçün ən yaxşı qərar idi.

Hələ çempionluq barədə düşünmək istəmirəm. Sadəcə bolidi sürməyin və komanda ilə işləməyin həzzini yaşayıram. Məncə, bütün həftəsonu ərzində yaxşı işlədik. Sprint həftəsonları həmişə təlaş içində keçir və əksər şeylər tərs gedə bilir. Ancaq bu həftəsonu əksər şeylər bizim üçün qaydasında getdi. Buna görə də həftəsonundan razıyam. İndi siə Silverstouna fokuslanacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*