N.Lauda: “Rikkardo Red Bull-un ən güclü sürücüsüdür”

Sabiq Formula1 sürücüsü və 3 qat Dünya Çempionu Niki Lauda bildirib ki, Verstappenin qələbəsinə baxmayaraq, Rikkardo Red Bull-un ən yaxşı sürücüsüdür...

F-1.az xatırladır ki, Ferstappen Red Bull ilə çıxdığı ilk yarışda qalib gələrək mükəmməl performans göstərmişdi. Hollandiyalının bu qələbəsindən sonra mütəxəssislər Rikkardonun işinin artıq çətin olacağını deyirlər.

Amma Lauda düşünür ki, Rikkardo Red Bull-un ən güclü sürücüsüdür: “Mənim fikrim bəllidir. Red Bull yeni mühərriyi Danielə verməlidir.

Amma Maksın 18 yaşındakı performansı çox təsiredicidir. Bunu etiraf edirəm.

Maksın İspaniyadakı qələbəsi inanılmaz idi. Amma bu Rikkardonun Red Bull-un ən yaxşı sürücüsü olduğu faktını dəyişdirmir.

O daha təcrübəli sürücüdür və bu, Monako üçün çox vacibdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*