M.Ferstappen: Afrikada yarış olmalıdır

Bu il ABŞ-da 3 yarış baş tutacaq. Maks isə Afrikada da bir yarışının keçirilməsinin vacibliyi barədə Lyuis Həmiltonla razıdır.

F-1.az xatırladır ki, hazırda Afrika qitəsində təqvimə girməyə real namizəd kimi yalnız Cənubi Afrika Respublikası görünür.

Maks Ferstappen: “Bizə Afrikada yarış lazımdır. Demək olar ki, hər qitədə yarışırıq və Afrikada bir yarış Formula1 üçün mühüm növbəti addım olardı. Cənubi Afrika Qran Prisi bir neçə ildir ki, təqvimə girmək istəyir və inanıram ki, bu, idmana çox şey qatar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*