L.Norris: İlk yaxşı yarışımızdır

Çətin günlər keçirən tarixi komanda Albert Parkda mövsümdəki xal həstərinə axır ki, son qoyub.

F-1.az xatırladır ki, ilk iki yarışda ən yaxşı halda 15-ci yer tutan komanda dünən iki sürücü ilə xal zonasına düşüb – Lando Norris 6-cı, Oskar Piastri isə 8-ci olub.

Lando Norris: “Ümumilikdə bu, bizim ən asan yarış deyildi, lakin hər ikimiz finiş xəttinə çatdıq. Mən Niko Hülkenberq də daxil olmaqla, bir neçə rəqibi qabaqladım və ümumilikdə bu, tempimizi nəzərə aldıqda, bu mövsüm ilk yaxşı yarışımız idi. Ona görə də, razıyam.

Buna baxmayaraq, hesab edirəm ki, komandanın təhlil edəcəyi çox şey var, çünki sıralanma turları bizim zəif nöqtəmiz olaraq qalır. DRS sistemi işə salındıqda maşınımız kifayət qədər səmərəli deyil – bu, demək olar ki, sürəti artırmır və işimizi ciddi şəkildə çətinləşdirir. Əksər rəqiblər bizdən daha sürətli gedə bilirlər.
Bu trasdə dörd DRS zonası var və oralarda çox şey itirdik. Məncə, bu, öz çatışmazlıqlarımızdan irəli gəlir. Bu gün təqribən rəqiblərimiz səviyyəsində idik və getdikcə təkmilləşirik. Komanda nə üzərində işləmək lazım olduğunu anlayır”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*