L.Norris: İnsanların yanıldığını isbatladıq

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, bəzi adamların yanıldığını isbatlayıblar.

F-1.az xatırladır ki, britaniyalı sürücü MAcarıstan yarışında 2-ci olaraq, ardıcıl ikinci podiumunu qazanıb.

Lando Norris: “Çətin yarış idi. Doğrudan da asan deyildi. Xüsusən də Çeko yarışın sonunda bizə yaxınlaşanda çətinlik çəkdim, amma bizi keçməsi üçün vaxtı yox idi. Buna görə sevinirəm. Startda bir az mübarizə aparımalı oldum. birinci döngədə çətinlik çəkdim, amma sonda bizim üçün podium qazandıq və bu çox gözəldir.

Maks Ferstappen yarışdan çəkilsə, qələbə qazana bilərik. İndi sürətlidirlər. Amma 4-5 yarış əvvəl son sessiyaya qalmaqda çətinlik çəkiyimiz halda, indi podium üçün mübarizə aparmağımız sevindiricidir. Hələlik bunu qəbul edəcəyik və əminəm ki, növbəti yarışlarda əlimizə şans keçəcək.

Bu performansı çox işləyərək və komanda olaraq əldə etdik. Bazadakı hər kəs əla işlədi. Mövsüm başlayanda çətinlik çəkirdik və zəif görünürdük. McLaren barədə çox pis şərhlər edildi və işləmədiyimizi dedilər. Amma sonda bəzilərinin yanıldığını sübut etdik. Sevinirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*