S.Roberts Williams-ın idarəedici direktoru təyin edilib

Keçən il McLaren komandasında əməliyyatçı direktor vəzifəsində çalışan təcrübəli mütəxəssis Williams komandası ilə müqavilə bağlayıb.

F-1.az bildirir ki, Saymon Roberts yeni komandasında idarəedici direktor vəzifəsini daşıyacaq, trasda və komandanın bazasında layihələndirmə, inkişaf, planlaşdırma və əməliyyat fəaliyyətlərinə cavabhed olacaq. Formula1-də 2003-cü ildən bəri çalışan Roberts McLaren ilə yanaşı, Force İndia komandasında da rəhbər vəzifələri tutub. Williams-da iyunun 1-dən işə başlayacaq və icraçı direktor Mayk O’Driskolla hesabat verəcək.

Kler Vilyams: “Saymon komandamıza böyük təcrübə və bilik gətirəcək. Biz çox məmnunuq ki, uzun və məcburi fasilədən sonra işə qayıdanda bizə qoşulacaq, yeni maşınımızın hazırlayacaq və inkişaf etdirəcək istedadlı komandaya rəhbərlik edəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*