McLaren-də birinci pilot olmayacaq

McLaren komandasının rəhbəri Andreas Zaydl bildirib ki, mövsümün ilk yarışlarında heç bir sürücüyə birinci pilot statusu verməyəcək.

F-1.az xatırladır ki, McLaren növbəti mövsümdə təcrübəli Daniel Rikkardo ilə gənc Lando Norrislə yarışacaq. Avstraliyalı sürücünün illik gəliri 31 milyon dollara qədər olacaq. Ancaq Zaydl bildirib ki, Rikkardo komandada birinci sürücü olmayacaq: “Mən komandada rəhbər olduğum müddətdə heç kim mövsümün əvvəlində birinci pilot olmayacaq. Əgər zirvədəki komandalarla aramızda fərq çoxdursa, 2019-cu ildə Karlos Sayns və Lando Norris cütündəki kimi bərabər statusda yarışmalıyıq.

Lando və Daniel gözəl cütlük olacaqlar. Təkcə yarış komandası kimi yox, marka kimi də mükəmməl olacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*