L.Norris Həmiltona sərt cavab verib

McLaren komandasının sürücüsü Lando Norris beşqat Dünya Çempionu Həmiltonu sərt formada tənqid edib.

F-1.az bildirir ki, Həmilton mətbuat konfransında 19 yaşlı rəqibinin yaşını soruşub. Cavabı eşidəndə isə “buna bax” deyib. Beşqat Dünya Çempionu daha sonra F1-in artıq kişi idmanı olmadığını deyib: “İdmana gənc sürücülər gəlir və tez və asanlıqla uyğunlaşırlar”.

Həmilton daha sonra bildirib ki, hidrovlik sükana görə gənc sürücülər daha tez yaxşı performans göstərirlər.

Lando Norris beşqat Dünya Çempionunun sözlərinə sərt formada cavab verib: “Bunları niyə o zaman deməyib? Məni, Corcu və Aleksi nəzərdə tutur. Çünki idmandakı ən gənc sürücülər bizik. Əgər narazıdırsa, komandasından hidrovlikanı bağlamalarını istəyə bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*