Həmilton: O pit-stopun bizə lazım olduğuna əmin deyiləm

Lyuis Həmilton bütün yarış boyunca komanda yoldaşını arxasında saxlayıb və podium uğrunda mübarizə aparsa da, pit-leyndə sürət həddinin aşılması ilə bağlı verilən beş saniyəlik cəza onu nəticə protokolunda beşinci yerə endirib…

Lyuis Həmilton: “Mən tam əmin deyiləm ki, yarışın sonunda bizə həmin əlavə pit-stop lazım idi. Amma məni boksa çağıranda pit-leynin girişinin qarşısında idim, düşünmək üçün vaxtım yox idi və komandanın verdiyi qərara güvəndim.

Əslində, o anda təkərlərimlə hər şey qaydasında idi. Yəqin Maksdan bir mövqe itirərdim, amma ən azı üçüncü yeri qoruyardım.

Elə bu pit-stop mənim cərimə almağıma səbəb oldu və bu məni beşinci yerə atdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*