D.Şlosser: “Həmiltonla işləməyim mümkün deyil”

Niko Rosberqin məşqçisi Daniel Şlosser bildirib ki, almaniyalının qərarı onu da təəccübləndirib.

F-1.az xatırladır ki, Rosberq Dünya Çempionu titulunu qazandıqdan 5 gün sonra təqaüdə çıxdığını açıqlamışdı.

Daniel Şlosser: “Hər şey ишк saniyə ərzində baş verdi. İndi mən də alternativlərə baxmalıyam. Sözün açığı, Mercedes-də çox xoşbəxt idim. Amma evimin olduğu Kölndə də işləyə bilərəm. Digər alternativ isə Formula1-də başqa sürücü tapmaq olacaq. Hələ buna qərar verməmişəm”.

Şlosser əlavə edib ki, Həmiltonla işləməyi mümkün deyil: “Bundan söhbət gedə bilməz. O öz müəllimi ilə xoşbəxtdir və neçə ildir ki, onunla rəqabət aparırıq. Buna görə də belə bir hadisənin baş verməsi mümkün deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*