19 İyun 2019, Çərşənbə - 05:11

L.Həmilton: “Start həlledici oldu”

L.Həmilton: “Start həlledici oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

12:17 - 14 Aprel, 2019

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, start yarışın taleyini həll edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü idman tarixinin 1000-ci yarışında yaxşı start alaraq liderliyə yüksəlib və bütün yarışa nəzarət edərək karyerasının 75-ci qələbəsini qazanıb.

Lyuis Həmilton: “Normal yarış həftəsonu deyildi. Amma komanda üçün əla nəticədir. Hamı çox işlədi. Bura gələndə Ferrari ilə aramızdakı fərqi bilmirdik. Çünki son yarışda çox sürətli idilər. Amma geridönüş etdik. Valtteri də həftəsonu ərzində çox sürətli idi. Bu gün də əla yarışdı. 1000-ci yarışı qazanmaq xüsusi hissdir. Startda fərq yarada bildim. Valtteri ilə də eyni dövrədə pitə gəldik. Stateqlərimiz ilk üç yarışda əla işlədilər. Sükanı belə saxlamalıyıq. Aramızdakı fərq çox azdır. Sonrakı yarışlar barədə proqnoz verə bilmərəm. Çox həyəcanlıyam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 215
Teqlər
Paylaş

logo