Braziliya-2018: Sıralanma turu

Mövsümün gedişində 3 güclü komandanın maşınları təxminən bərabər olsalar da, mövsümün sonunda qüvvələr nisbətini əsasən təkərlərin işləməsi, asfaltın temperaturu və trasın konfiqurasiyası kimi xarici faktorlar müəyyən edib.

F-1.az bildirir ki, cümə günü ən yaxşı nəticəni Bottas görstərsə də, bu gün səhər Fettel trasın mütləq rekordunu yeniləyib. Proqnoz yüksək ehtimalla yağış yağmasını vəd edib – sıralanma turundan əvvəl göy üzünü qara buldular tutub.

Pirelli ənənəvi olaraq İnterlaqosa orta üçlüyü – Medium, Soft, SuperSoft tərkiblərini gətirib. Tərkiblər arasında sürət fərqi böyük olmayıb, amma asfaltın temperaturunun dəyişməsi komandaları sazlanmaları dəyişməyə məcbur edib.

Rikkardo və Okon sessiyadan əvvəl bilirdilər ki, sabah yarışın startında 5 yer itirəcəklər – Rikkardonun maşınında turbin, Okonun maşınında isə ötürmələr qutusu dəyişdirilib.

Birinci sessiyaya hamı SuperSoft-la çıxıb. Yağışdan qorxduqları üçün hamı dərhal trasa tələsib – sürücülər uzun dövrələr seriyasında işləyiblər: sürətli dövrəni yavaç dövrə ilə növbələyiblər, amma təkərlərin tez ölməsi nəticələri yaxşılaşdırmağa imkan verməyib.

Yüngül yağış damcılmağa başlayıb, protokollara isə Ferstappen başçılıq edib – 1:08.205. Mübarizəni isə McLaren sürücüləri ilə birlikdə Sayns, Hartli və Stroll dayandırıblar.

İkinci sessiyada sürücülər trasa sliklərlə çıxmağa tələsiblər – meteoroloqlar tezliklə yağışın başlayacağını xəbər veriblər.

Yalnız Ferrari sürücüləri trasa Soft-la çıxıblar. İlk cəhdlərinə SuperSoft-la çıxan Mercedes və Red Bull sürücüləri sonradan Soft-a keçiblər, amma güclənən yağış nəticələri yaxşılaşdırmağa imkan verməyib.

Bu dəfə protokollara Bottas başçılıq edib – 1:07.727. Mübarizəni isə Maqnussen, Peres, Okon, Hülkenberq və Sirotkin dayandırıblar.

Son sessiyaya hamı SuperSoft-la çıxıb. Günəş boylandığı üçün asfalt tez quruyub. Həmilton ilk cəhdində protokollara başçılıq edib – 1:07.301. İkinci cəhdində Lyuis nəticəsini cüzi artırıb və trasın mütləq rekordunu yeniləyib – 1:07.281. Digər sürücülər isə nəticələrini yaxşılaşdıra bilməyiblər.

Lyuis Həmilton mövsümdə 10-cu, karyerasında isə 82-ci poulunu qazanıb. Eyni zamanda, bu poul Mercedes üçün 100-cü olub.

Sebastyan Fettel sabah ikinci yerdən yarışa başlayacaq, iki finlandiyalı sürücü – Bottas və Rəykkönen isə ikinci cərgəni bölüşəcəklər.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes 4 1:08.464 6 3 1:07.795 5 1:07.281 6
2 5 Sebastyan Fettel Ferrari 3 1:08.452 5 2 1:07.776 6 1:07.374 6
3 77 Valtteri Bottas Mercedes 6 1:08.492 6 1 1:07.727 5 1:07.441 6
4 7 Kimi Rəykkönen Ferrari 2 1:08.452 7 5 1:08.028 4 1:07.456 6
5 33 Maks Ferstappen Red Bull 1 1:08.205 4 4 1:08.017 6 1:07.778 6
6 3 Daniel Rikkardo Red Bull 7 1:08.544 4 6 1:08.055 6 1:07.780 6
7 9 Markus Eriksson Sauber 10 1:08.754 8 9 1:08.579 5 1:08.296 6
8 16 Şarl Lekler Sauber 8 1:08.667 7 8 1:08.335 10 1:08.492 6
9 8 Roman Qrojan Haas 9 1:08.735 6 7 1:08.239 5 1:08.517 6
10 10 Pyer Qasli Toro Rosso 12 1:09.046 10 10 1:08.616 8 1:09.029 6
11 20 Kevin Maqnussen Haas 5 1:08.474 6 11 1:08.659 6
12 11 Serxio Peres Racing Point 13 1:09.217 7 12 1:08.741 8
13 31 Esteban Okon Racing Point 15 1:09.264 9 13 1:08.770 9
14 27 Niko Hülkenberq Renault 11 1:09.009 6 14 1:08.834 9
15 35 Sergey Sirotkin Williams 14 1:09.259 8 15 1:10.381 3
16 55 Karlos Sayns Renault 16 1:09.269 9
17 28 Brendon Hartli Toro Rosso 17 1:09.280 10
18 14 Fernando Alonso McLaren 18 1:09.402 9
19 18 Ləns Stroll Williams 19 1:09.441 9
20 2 Stoffel Vandorn McLaren 20 1:09.601 9
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*