V.Bottas: Təslim olmayacam

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, sona qədər mübarizə aparacaq.

F-1.az xatırladır ki, finlandiyalı sürücü birinci startda liderliyə yüksəlsə də, ikinci startda Həmilton onu yenidən keçib. Beləliklə, 31 yaşlı pilot növbəti dəfə ikinci yerə razı olub.

Valtteri Bottas: “Məyusam. Çünki yarış mənimçün gözəl başlamışdı. Restartda yerimi itirdikdən sonra isə Həmiltonu keçmək üçün əlimə fürsət düşmədi.

Sona qədər təslim olmayacam. Mənim də vaxtım gələcək. Hansı sahədə inkişaf etməliyəm bilmirəm. Sıralanma turlarında əksər hallarda az fərqlə geridə qalıram. Bu sahədə təkmilləşməliyəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*