L.Həmilton: Çox qorxduq

Britaniyada 5 yarışlıq fasilədən sonra poul alan Lyuis Həmilton komandasına təşəkkür edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü ev trasında gözəl performans göstərərək, əsas rəqibi Ferstappeni 0.075 saniyə qabaqlayıb və karyerasının 101-ci poulunu əldə edib.

Lyuis Həmilton: “Səhər boş vaxtım var idi və uşaqlara dedim ki, burada oturmayaq. Gedək iş görək. Birinci sərbəst yürüşlərdə bolidi təkmilləşdirməyı çalışdıq və məlumat topladıq.Hər şeyi təhlil etdik. Yekunda hər şeyi bir araya gətirdik. Çox xoşbəxtəm. İlk cəhdim əla idi. İkincisi də yaxşı görünürdü, amma son döngədə bolidin arxa tərəfi sürüşdü. Finişə çatanda isə çox qorxurdum”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*