C.Rassell: Yırğalanma problemi hələ də qalır

Keçən il "Qraund effekt"ə qayıtdıqdan sonra bir çox komandalar maşının şaquli yırğalanmasından ciddi əziyyət çəkmişdilər.

F-1.az xəbər verir ki, bəzi komandalarda bu, çox olsa da, bəzilərində az olub, lakin demək olar ki, hamı böyük ölçüdə yırğalanmanın öhdəsindən gələ bilib. Lakin bu, problemin tamamilə aradan qalxması demək deyil.

Corc Rassell: “Mən deyərdim ki, düzlüklərdə artıq yırğalanma yoxdur. Lakin klirens çox kiçik olduqda və maşının alt hissəsi trasın səthinə çox yaxın olduqda, o, yenə də özünü göstərir. Biz bu maşınların hündürlüyünü artırırıq və yırğalanmadan qaçmaq üçün sürüş hündürlüyünü 20 mm artırmayacağıq, çünki sürət dərhal iki saniyədən də çox aşağı düşəcək.

Döngələr yavaş olduğu üçün Kanadada yəqin ki, bu problem olmayacaq, lakin Silverstoun və Suzuka kimi traslara getdikdə, bunun yenidən şahidi olmağımız mümkündür. Təəssüf ki, problem hələ də qalmaqdadır. Biz bu yeni texniki reqlamentə bir il yarım əvvəl keçsək də, bir çox sürücülər hələ də çətinlik çəkirlər. Bəziləri deyir ki, reqlamentə düzəlişlər edilməlidir, belə problemi olmayanlar bununla razılaşmır.

Təbii ki, ən sürətli iki avtomobili idarə edənlərin digərləri ilə müqayisədə heç bir xüsusi çətinliyi yoxdur. Şübhəsiz ki, onlar digərlərindən daha yaxşı işləyirlər, lakin bu məsələ Formula1 və FİA-nın səlahiyyətindədir, bununla bağlı nə etmək olar, onlar qərar verməlidirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*