N.Rosberq: Şumaxer hərtərəfli idi

Sabiq Formula1 sürücüsü Niko Rosberq bildirib ki, Mixael Şumaxer hərtərəfli sürücüdür.

F-1.az xatırladır ki, almaniyalı pilot əfsanəvi Mixaellə 2010-2012-ci illərdə komanda yoldaşı olmuşdu.

Niko Rosberq: “Şumaxer bütün sahələrdə ən güclü sürücü idi və məncə hərtərəfli idi. İdmanı yaxşı anlayırdı və komandanı təkmilləşdirə bilirdi. Formula1-də onun kimisini hələ görməmişəm.

Həmilton isə çox istedadlıdır. Elə bil ki, başqa planetdən gəlib. Sükana keçən kimi inanılmaz performans göstərir. Bu, təsiredicidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*