Rikkardo: Müqayisə etmək çətindir, amma Norris çox güclüdür

Daniel Rikkardo Lando Norrisi Formula1-in ən yaxşılarından biri adlandırıb, lakin o, britaniyalının Ferstappen və ya Həmiltonla müqayisə olunması üçün başqa sınağa ehtiyacı olduğunu düşünür

F-1.az xatırladır ki, avstraliyalı sürücü son iki mövsümdə McLaren komandasında Norrisə yoldaşlıq edib, amma ümidləri doğrultmayaraq gənc britaniyalı sürücüyə böyük fərqlə uduzub…

Daniel Rikkardo: “Sürücüləri eyni komandada eyni maşını idarə edənə qədər müqayisə etmək çətindir.

Belə bir şəraitdə Lyuis inamla qalib gəlib. Bəli, onun əla maşını olub, amma pressinq də daxil olmaqla, Lyuis əla iş görüb. Ondan müəyyən nəticələr gözlənilirdi, Lyuis onlara nail oldu, ona görə də burada müqayisə etmək çətindir.

Pilotluq baxımından Lando çox yaxşıdır. Bilmirəm, o, mənə Maksı xatırladır deyə bilərəmmi – yenə də müqayisə etmək çətindir, amma hazırda bu oğlan çox güclüdür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*