Lando Norris: “Mənim üçün və bütün komanda üçün Macarıstandakı qələbə özünəinam verdi. Amma mən heç vaxt hadisələri qabaqlamıram, buna görə də Zandfortda yenidən mütləq qalib gəlməli olduğumuz barədə düşünmürəm. Bununla belə, hədəflərimiz yüksək olaraq qalır və qələbə uğrunda mübarizə apara biləcəyimizə inanmaq istəyirik.
Biz Budapeştə maşının yeni döşəməsini və digər yenilikləri gətirmişdik, amma indi vacib olan bu yeniliklərin nə dərəcədə universal olduğunu anlamaqdır. Doğrudanmı maşın müxtəlif traslərdə, müxtəlif asfalt tiplərində və fərqli tipli döngəlarda daha sürətli olub, yoxsa Hunqarorinq sadəcə maşınımıza çox uyğun gəlib.
Komanda hələ də irəliyə nə qədər böyük addım atdığımızı müəyyənləşdirməlidir. Hər halda, aydındır ki, sürətlənmişik və bu, yaxşı əlamətdir. Buna görə də bu trasda rəqabətədavamlı olacağımıza ümid edirik.
Zandfort qismən Macarıstan trasına bənzəyir, amma ciddi fərqlər də var. Burada küləyin təsiri daha böyükdür, hava şəraiti başqadır və əlbəttə, xeyli sərin olur. Buna görə də əvvəlcə maşının burada necə işləyəcəyinə baxmaq lazımdır.
Macarıstandan sonra biz maşının güclü və zəif tərəflərini daha yaxşı anlayırıq. Bazar günü, yəqin ki, son vaxtların ən yaxşı tempini nümayiş etdirdik və bu da göstərir ki, maşın çox sürətli ola bilir, baxmayaraq ki, bizə hələ də sabitlik çatmır.
Komanda maşını araşdırmağı davam etdirir ki, onun xüsusiyyətlərini daha da yaxşı başa düşsün. Eyni zamanda, Niderlanddakı tras mənə həmişə xoş gəlib və keçmişdə burada yaxşı çıxış etmişik. Ümid edirəm ki, bu həftəsonu da belə olacaq.
Titul uğrunda mübarizə? Düzünü desəm, bunu yalnız məndən soruşanda xatırlayıram. Özüm isə bu mövsüm titul barədə ümumiyyətlə heç düşünməmişəm, xüsusilə də ilk yarışlardan sonra.
Hazırda bunu daim ağlımda saxlamağın mənası yoxdur. Macarıstanda da bu barədə düşünmürdüm və hər şey yaxşı alındı, buna görə də eyni qaydada davam edəcəyəm”.
Norrisdən Maksın Ferstappenlə müqaviləsini uzadaraq Red Bull Racing-də qalmaq, nəzəri baxımdan mümkün olsa da, McLaren-ə keçməmək qərarını şərh etməsi istənildikdə, Lando belə cavab verib: “Mən bu barədə sizdən artıq heç nə bilmirdim. Mən hər bir komanda yoldaşımla işləməyə həmişə şadam.
Əlbəttə, bir gün Maks kimi, bu qədər titul qazanmış istedadlı bir sürücünün mənim komanda yoldaşım olması əla olardı. Amma bilirəm ki, Oskar hələ uzun müddət mənim komanda yoldaşım olacaq, ona görə də heç nə dəyişmir”.





