21 Sentyabr 2019, Şənbə - 06:56

F.Alonsodan maraqlı cavab

F.Alonsodan maraqlı cavab

Müəllif: Rauf Hacıyev, redaktor

16:39 - 23 Mart, 2017

Avstraliya yarışından əvvəl keçirilən mətbuat konfransında Fernando Alonso suallardan birinə maraqlı cavan verib.

F-1.az bildirir ki, bugünkü mətbuat konfransının ilk hissəsində Fernando Alonso, Lyuis Həmilton, Daniel Rikkiardo və Sebastyan Fettel iştirak ediblər. Jurnalistlər sürücülərdən “Formula1-i idarə etsəydiniz, idmana nə əlavə edərdiniz?” sualını soruşublar.

Rikkardo bu suala “Las Veqasda yarış”, Həmilton “Mayamidə yarış”, Fettel “Almaniyada yarış” cavablarını veriblər. Alonso isə onlardan tamamilə fərqli cavab verib. İspaniyalı “Bütün komandalara eyni güclü mühərrik” cavabını verərək, Honda-nın son illərdəki vəziyyətinə toxunmaqla toplaşanları güldürüb. Bunu eşidən Rikkardo “elektrik motoru olmasın”, Həmilton isə “Honda motoru olmasın” deyə müdaxilə ediblər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 705
Teqlər , , , , ,
Paylaş

logo