N.Lauda: “Həmilton Formula1 tarixinin ən yaxşısıdır”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Lyuis Həmilton Formula1 tarixinin ən güclü sürücüsüdür.

F-1.az xatırladır ki, britaniyalı sürücü bu il Mixael Şumaxerin poul rekordunu qıraraq, Formula1 tarixinə adını yazıb. Bundan başqa, üçqat Dünya Çempionu yağışlı havalarda ən çox yarış qazanan pilotdur. Həmilton hazırda çempionatdakı əsas rəqibi Fetteli 34 xal qabaqlayır.

Niki Lauda: “Lyuis Formula1 tarixinin ən güclüsüdür. Ən sürətlisi odur. Tamamilə işinə fokuslanıb. Səhv etmir və yağışda çox güclüdür. Heç kim ona yaxınlaşa bilmir və heç kim ondan sürətli deyil. Ondan razıyıq. 2018-ci ildən sonra da bizimlə qalacaq. Müqavilədə problem yoxdur. Qalacaq, çünki bizimlə xoşbəxtdir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*