F.Briatore və P.Simondsu məhkəmə gözləyir?

Məlum olduğu kimi Flavio Briatore Nelson və Nelsinyo Pikelərə qarşı yalançı ifadə verməkdə ittiham üzrə məhkəmə işi qaldırmışdı. Amma ehtimal […]

Məlum olduğu kimi Flavio Briatore Nelson və Nelsinyo Pikelərə qarşı yalançı ifadə verməkdə ittiham üzrə məhkəmə işi qaldırmışdı. Amma ehtimal var ki, Flavio Briatoreyə və onunla birlikdə Renault-dan qovulmuş Pət Simondsa qarşı üç ittiham irəli sürüləcək – Britaniyanın The Daily Telegraph qəzeti bu barədə məlumat yayıb…

Birincisi, Sinqapur hökuməti Briatore və Simondsa qarşı ölkəyə daxil olmaya qadağa tələb edə bilər. İkincisi, Renault şirkətə dəyəm imicə görə keçmiş əməkdaşlarını məhkəməyə çağıra bilər. Üçüncüsü, Ferrari komandası – Pikenin qəzasına qədər yarışda Felipe Massa liderlik edirdi, amma pit-stopdan sonra geriyə düşən braziliyalı sürücü yarışı 13-cü yerdə başa vurmuşdu və bir neçə yarışdan sonra titulu Lyuis Həmiltona cəmi bir xal fərqlə uduzmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*