22 May 2019, Çərşənbə - 02:59

F.Alonso karyerasını Ferrari-də başa vurmaq istəyir

F.Alonso karyerasını Ferrari-də başa vurmaq istəyir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:01 - 03 Oktyabr, 2009

Suzukada Fernando Alonso jurnalistlərə bildirib ki, o karyerasını Ferrari-də başa vurmaq istərdi… Fernando Alonso: “Ümid edirəm ki, mən arzu etdiyim […]

Suzukada Fernando Alonso jurnalistlərə bildirib ki, o karyerasını Ferrari-də başa vurmaq istərdi…

Fernando Alonso: “Ümid edirəm ki, mən arzu etdiyim müddətə qədər çıxış edə biləcəm və karyeramı Ferrari-də çoxlu sayda qələbələrlə başa vurmaq istərdim. Mən həqiqətən düşünürəm ki, Ferrari mənim sonuncu komandam olacaq, Ferrari – yalnız komanda deyil, onu tərk edərkən siz geriyə addım atırsınız.

Bütün sürücülər nə vaxtsa qırmızı maşının sükanı arxasında oturmağı arzu edirlər, mənim də arzum gerçəkləşib və mən gələn il yeni çağırışı qəbul etməyə hazıram. Bu asan olmayacaq, amma mən Mixael Şumaherin yolu ilə getmək istəyirəm, bir neçə titul qazanmaq istəyirəm, mən hər bir yarışda 100% çalışacam və hesab edirəm ki, qarşıda mənim karyeramın ən gözəl mərhələsi başlayır. Daha bir titul qazanmaq məni xoşbəxt edərdi, Ferrari-nin sükanı arxasındakı qələbə isə başqa bir şeydir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 208
Teqlər
Paylaş

logo