12 Dekabr 2018, Çərşənbə - 20:30

J.Vilnöv: “Fettel kitab yaza bilər”

J.Vilnöv: “Fettel kitab yaza bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

14:02 - 08 Oktyabr, 2018

Formula1 üzrə sabiq Dünya Çempionu Jak Vilnöv sonuncu Yaponiya yarışındakı insidentə görə Fetteli günahlandırıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü gənc rəqibinə “Qaşıq” döngəsində hücum edib və maşınlar arasında təmas yaşanıb. Bunun nəticəsində Fettel 16-cı pilləyə geriləyib. Ferstappen isə yoluna davam edərək yarışı podiumda bitirib.

Jak Vilnöv: “Ötmə etməyə başlayanda Fettel çox geridə idi. Maks da onu buraxan deyildi. Fettel qaydalar çərçivəsində bəxtini sınadı, amma riskli idi. Fettel artıq “Çempionluğu necə itirmək olar” adlı kitab yaza bilər.

Həmilton aqressiv hücum etməmişdən əvvəl vəziyyəti təhlil edir. Fettel artıq məğlubiyyəti qəbul edib. Bunu rahatlıqla görə bilirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 270
Teqlər ,
Paylaş

logo