22 Sentyabr 2019, Bazar - 14:15

M.Brandldan maraqlı proqnozlar

M.Brandldan maraqlı proqnozlar

Müəllif: Rauf Hacıyev, redaktor

22:19 - 25 Mart, 2017

Sky Sports kanalının şərhçisi Martin Brandl bildirib ki, Mercedes və Ferrari Avstraliyadakı yarışa hazırdırlar.

F-1.az xatırladır ki, Avstraliyadakı sıralanma turunda poulu Lyuis Həmilton alıb. Britaniyalını Ferrari komandasından Sebastyan Fettel izləyib.

Martin Brandl: “Lyuis poul dövrəsində əla iş gördü. Onun nəticəsini keçmək çətin olardı, amma Ferrari-nin onlara çox yaxın olması məni sevindirir. Əgər Fettel xırda səhvləri etməsəydi, nəticəsi Lyuisin nəticəsinə yaxın olardı.

Mən Mauritsiodan – “ikincilikdən razısınızmı?” – deyə soruşdum. O isə cavabında – “xeyir, əgər yeməyi qoxuluyursunuzsa, onu yemək istəyərsiniz”, – cavabını verdi. Bu da onların çox istəkli olduğunu göstərir. Sabahkı yarışda Ferrari rəqibi Mercedes-ə çətinlik yaşadacaq. Amma Lyuisi keçmək istəyirsinizsə, səhv etməməlisiniz. Görək Ferrari bunu bacaracaq?

Bottas bu gün yaxşı iş gördü. Lyuis kimi sürücüdən cüzi fərqlə geri qaldı. Məncə, sıralanma turundan xoşbəxt ayrılmalıdır. Sabah əlinə gözəl fürsət keçə bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 706
Teqlər , , , , ,
Paylaş

logo