C.Əllison Həmiltonun zəifliyinin səbəbini açıqlayıb

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, Həmilton Monako yarışında təkərlərlə bağlı problem yaşayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Monako yarışında bərbad performans götərib. Yarışa yeddinci yerdən başlayan Lyuis, iki sürücünün mübarizəni dayandırmasına baxmayaraq, elə 7-ci yerdə də finiş görüb. Yeddiqat Dünya Çempionu həftəsonu ərində komanda yoldaşı Bottasın da gerisində qalıb.

Ceyms Əllison: “Niyə yavaşladıq bilmirəm. Bu, çox pis haldır. Bolidimiz əksər traslarda təkəri yaxşı isitfadə eləsə də, burada çətinlik çəkdik. Şənbə günü onları işlədə bilmirik və geridə qalırıq. Yarış günündə də təkərlərimiz tez yeyilir və bilmirik nə edək. Neçə ildir burada uğursuzuq və nə edəcəyimizi bilmirik.

Valtteri təkərlərini daha tez qızdırdı. Bundan sonra özünə inamı artdı. Bariyerləri öpə-öpə gedərək, əla sıralanma turu keçirdi. Təkərlərin temperaturları arasında fərq var idi, amma hər iki sürücü də ön təkərlərə görə çətinlik çəkirdilər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*