D.Kulthard: Həmiltonun bağlılığına söz ola bilməz

Formula1 şərhçisi Devid Kulthard bildirib ki, Həmiltonun idmana olan bağlılığına söz demək olmaz.

F-1.az xatırladır ki, bəzi şayiələrə görə Həmilton artıq Formula1-dən bezib və karyerasını bitirmək barədə düşünür.

Devid Kulthard: “Həmiltonun idmana olan bağlılığını müzakirə etmək olmaz. O, əsl fenomendir və inanılmaz idmançıdır. Onsuz da ikiillik müqaviləsi var. O, əsl komanda oyunçusudur. Gələn il də səkkizinci titulunu əldə etmək üçün burada olacaq. O, başqa idmançılara necə uduzmaq lazım olduğunu göstərdi. Qazanmaq istəyərdi, amma uduzanda belə mükəmməlliyini göstərdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*