Sinqapur-2016: Yarış

Mövsümün 15-ci yarışı olan Sinqapur Qran Prisinin son dövrələri azarkeşlərə əsl həyəcan yaşadıb. Daniel Rikkardo peletona başçılıq edən Niko Rosberqə sürətlə yaxınlaşsa da, onu keçməyə müvəffəq olmayıb və Mercedes AMG komandasının alman sürücüsü bu mövsüm 8-ci qələbəsini qazanaraq çempionatda yenidən liderliyə yüksəlib.

F-1.az xəbər verir ki, quru hava şəraitində keçən yarışın startı insidentsiz ötüşməyib. Elə ilk metrlərdəcə Karlos Saynsla təmas yaşayan Niko Hülkenberq qəza edib və yarışı dayandırmalı olub. Bunun nəticəsində Təhlükəsizlik Maşını trasa daxil olub. Startın itirən sürücülərindən biri Maks Ferstappen olub. Red Bull-un gənc sürücüsü 8-ci yerə qədər geriləyib. Yarış əsnasında Daniil Kvyatla xeyli mübarizə aparmalı olan Maks yekunda 6-cı ola bilib. Yarışa 9-cu yerdən başlayan Fernando Alonso isə 5-ci yerə qədər yüksələ bilib. Lakin daha sürətli maşınlara sahib rəqiblərinə keçilən Fernando 7-ci olaraq xal ehtiyatını bir qədər artırıb.

Yarışa 17-ci yerdən başlayan və 2 pit-stoplu taktika seçən Serxio Peres 8-ci olub. O, qazandığı 4 xalla komandasının Mühəndislər Kubokunda  Williams-ı keçməsinə kömək edib. Renault isə uzun fasilədən sonra nəhayət ki, xal qazana bilib. Bu dəfə də komandanın xal ehtiyatını artıran yarışda 10-cu olmuş Kevin Maqnussen olub. Haas-ın meksikalı sürücüsü Esteban Qutyerres isə yenə 11-ci olub və bir daha xal qazanmaq şansını əldən verib.

Williams-dan Felipe Massa 12-ci olarkən, Valtteri Bottas yarışı tamamlaya bilməyib və komanda Sinqapurdan əliboş qayıtmalı olub.

Yarışın son hissələri isə olduqca maraqlı keçib. İlk 3 yerdə yarışa davam edən sürücülərın hər birinin arasında 5 saniyəlik intervalın olması yarışın belə sakitcə bitəcəyinə işarə idi. Lakin gözlənilmədən Mercedes AMG Kimi Rəykkönenə keçilmiş Lyuis Həmiltonu pit-stopa çağırıb. SuperSoft təkərlə trasa qayıdan Lyuisdən bir dövrə sonra Kimi Rəykkönen pit-stop edib, lakin Lyuisdən arxaya düşüb. Növbəti dövrədə isə Daniel Rikkardo SuperSoft təkərlərə keçib. Mercedes AMG Niko Rosberqi də pit-stopa çağırmağı düşünsə də, bunun gec olduğunu görmüş olmalıdılar ki, bu fikirdən daşınıblar. Yeni SuperSoft təkərlə Niko Rosberqlə aradakı vaxt fərqini hər dövrədə 2-3 saniyə azaldan Rikkardo yarışın potensial qalibi kimi görünsə də, təkərlər bu tempə cəmi 9 dövrə dözüb. Son dövrələrdə yenə də liderə bir qədər yaxınlaşan avstraliyalı mövsümdəki ilk qələbəsini qazana bilməyib və finiş xəttini 2-ci keçib.

 

Yer N Sürücü Komanda Zaman Pit
1 6 Niko Rosberq Mercedes AMG 1:55:48.950 3
2 3 Daniel Rikkardo Red Bull + 0:00.488 4
3 44 Lyuis Həmilton Mercedes AMG + 0:08.038 4
4 7 Kimi Rəykkönen Ferrari + 0:10.219 4
5 5 Sebastyan Fettel Ferrari + 0:27.694 3
6 33 Maks Ferstappen Red Bull + 1:11.197 4
7 14 Fernando Alonso McLaren + 1:29.198 3
8 11 Serxio Peres Force İndia + 1:51.062 2
9 26 Daniil Kvyat Toro Rosso + 1:51.557 3
10 20 Kevin Maqnussen Renault + 1:59.952 3
11 21 Esteban Qutyerres Haas + 1 dövrə 3
12 19 Felipe Massa Williams + 1 dövrə 4
13 12 Felipe Nasr Sauber + 1 dövrə 3
14 55 Karlos Sayns Toro Rosso + 1 dövrə 4
15 30 Colion Palmer Renault + 1 dövrə 3
16 94 Paskal Verlyayn Manor + 1 dövrə 3
17 9 Markus Eriksson Sauber + 1 dövrə 4
18 31 Esteban Okon Manor + 2 dövrə 4

Sürətli dövrə: Daniel Rikkardo (Red Bull Racing) – 1:47. 187 (45-ci dövrə, 170.113 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Censon Batton McLaren 43 Əyləclər
Valtteri Bottas Williams 35 Mexanika
Niko Hülkenberq Force İndia 1 Qəza
Roman Qrojan Haas 0 Əyləc probleminə görə start almayıb

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 6 Niko Rosberq Mercedes AMG F1 Team 273
2 44 Lyuis Həmilton Mercedes AMG F1 Team 265
4 3 Daniel Rikkardo Red Bull Racing 179
3 5 Sebastyan Fettel Scuderia Ferrari 153
5 7 Kimi Rəykkönen Scuderia Ferrari 148
6 33 Maks Ferstappen Red Bull Racing 129
7 77 Valtteri Bottas Williams Martini Racing 70
8 11 Serxio Peres Sahara Force İndia F1 Team 66
9 27 Niko Hülkenberq Sahara Force İndia F1 Team 46
10 19 Felipe Massa Williams Martini Racing 41
11 14 Fernando Alonso McLaren Honda Formula 1 Team 36
12 55 Karlos Sayns Scuderia Toro Rosso 30
13 8 Roman Qrojan Haas F1 Team 28
14 26 Daniil Kvyat Scuderia Toro Rosso 25
15 22 Censon Batton McLaren Honda Formula 1 Team 17
16 20 Kevin Maqnussen Renault Sport Formula 1 Team 7
17 94 Paskal Verlyayn Manor Racing MRT 1
18 47 Stoffel Vandorn McLaren Honda Formula 1 Team 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG F1 Team Mercedes 538
2 Red Bull Racing TAG Heuer 316
3 Scuderia Ferrari Ferrari 301
4 Sahara Force India F1 Team Mercedes 112
5 Williams Martini Racing Mercedes 111
6 McLaren Honda Formula 1 Team Honda 54
7 Scuderia Toro Rosso Ferrari 47
8 Haas F1 Team Ferrari 28
9 Renault Sport Formula 1 Team Renault 7
10 Manor Racing MRT Mercedes 1
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*