D.Rikkardo: Cəza mənə motivasiya verdi

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, aldığı cəza ona ikiqat motivasiya verib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü komanda yoldaşı Okonu keçərkən ikinci döngədə tras xaricinə çıxıb. Amma 31 yaşlı pilot trasa FİA-nın icazə vermədiyi yerdən qayıdıb. Nəticədə stüardlar avstraliyalı sürücüyə 5 saniyə cəzası veriblər. Buna baxmayaraq, Rikkardo ən yaxın rəqibi Fettellə fərqi 5 saniyənin üzərinə qaldıraraq, yarışı beşinci yerdə bitirib.

Daniel Rikkardo: “Nəticə yaxşı idi. Amma orada bir neçə maneə var idi. Buna görə də tras xaricinə çıxdığım üçün beş saniyə cəza aldım. Bunu kompensə etməli idim və bacardım. Beşinci yer bizimçün maksimum idi və bunu bacardıq. İşimi çətinləşdirsəm də, problem yoxdur.

Yaxşı start aldım. Startda maşın roket kimi işləyir. Bu, yaxşıdır. Bəzi səhvlərim oldu, amma kompensə etdim.

Tras xarcinə çıxanda bildim kiş cəza alacam. Yarış mühəndisim cəza xəbərini verəndə özümü buna hazır etmişdim. Bu cəzanı aradan qaldırmaq üçün tək çarə sürətli getmək idi. Əslində yaxşıdır. Mənə motivasiya verdi və qabağa getdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*