D.Rikkardo: “AeroScreen sistemini gecə yarışında test etməliyik”

Daniel Rikkardo AeroScreen sistemini gecə yarışlarında test etmək istəyir...

F-1.az xatırladır ki, AeroScreen bu gün ilk dəfə trasda test edilib və Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, bu sistem barmaqarası çəkələyə oxşayan halodan qat-qat yaxşıdır.

Yeni AeroScreen sistemini Daniel Rikkardo test edib. Amma avstraliyalı sürücü bildirib ki, bu sistemi gecə yarışlarında test etməlidirlər: “Böyük ehtimalla sistemi yenidən sınaqdan keçirəcəyik. Bunu fərqli yarışlarda yoxlamalıyıq. Daha küləkli və ya gecə yarışlarında. Görək işıqların altında sistem necə işləyəcək.

Bir az da işləməliyik. İlk təəssüratlar yaxşıdır. Əvvəlcə qeyri-adi gəlir, amma vaxt keçdikcə özünüzü daha yaxşı hiss edirsiniz. Bu, Ferrari-nin test etdiyi sistemdən daha yaxşıdır.

Mühərriyin səsi bir az fərqli gəlirdi, külək təsir etmirdi və ilk təəssüratlarım yaxşı oldu.

Yolun görünməsini azaltmır. Düzdür, bir az fərqlidir, amma yaxşıdır.

Bu sistem son zamanlarda yaşanan qəzaları azaltsa, yaxşı olar. Bu sistem bəzilərinin dediyi qədər pis deyil.

Küləyin olmaması qəribə idi. Mühərriyin səsi başqa cür gəlirdi.

Tam səmimiliklə deyə bilərəm ki, yolun görünməsinə mane olmurdu”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*