D.Rikkardo Sinqapurda da yarışmayacaq

AlphaTauri komandasının sürücüsü Daniel Rikkardo sağ əlindəki zədəyə görə Sinqapur yarışını da buraxacaq.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Niderland Qran Prisinin ikinci sessiyasında qəza etmiş və sağ əlini qırmışdı. Buna görə də həm Niderland, həm də İtaliya yarışlarında iştirak etməmişdi. Danieli bu yarışlarda yeni zellandiyalı Liam Louson əvəz edib.

Düzdür, əksəriyyət düşünürdü ki, Rikkardo Sinqapurda yenidən qayıdacağı gözlənilsə də, həkimlər 34 yaşlı sürücüyə icazə verməyiblər, çünki zədə gözləniləndən daha ciddidir. 8 yarış qazanmış sürücü ən yaxşı halda Qətər yarışında geri qayıda bilər.

AlphaTauri komandası bunu rəsmi olaraq bildirib. Onlar bildiriblər ki, Rikkardo komanda ilə birlikdə olacaq, amma mühəndis kimi onlara kömək edəcək.

Son iki yarışda Daniel Rikkardonu əvəz etmiş və bu yarışlarda 13 və 11-ci olmuş Louson isə bildirib ki, artıq özünü boliddə daha rahat hiss edir.

Liam Louson: “Belə maşınlarda rahat olanda daha çox fərq yaradırsınız. İki yarışdan sonra təkər tərkibləri arasındakı fərqi də daha yaxşı anlayıram. Bu da çox vacibdir.

Montsada yarışı xal zonasının gerisində bitirmək məyusedici idi. Buna baxmayaraq, o yarış mənim üçün əla keçdi. Daha yaxşı start alsaydım, hər şey daha yaxşı nəticələnə bilərdi. Lakin bundan dərs çıxaracağam və gələcək üçün həyəcanlıyam. Fiziki cəhətdən çətin olan bir seriyada yarışıram. Nə qədər kurs keçsək də, uyğunlaşmaq həmişə çox çətin olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*