D.Hill: Həmilton Alonsonu ələ salmamalıdır

1996-cı ilin dünya çempionu britaniyalı həmyerlisinin ispan sürücünün ünvanına "reaksiyaları gecikir, yaşlanır" zarafatına cavab verib.

F-1.az xəbər verir ki, Deymonun fikrincə, Lyuis belə etməməlidir, çünki peletonda olan ikinci yaşlı sürücü elə özüdür.

Deymon Hill: “Düşünürəm ki, Lyuis Monrealda yarışın əvvəlində Fernandonu ötdükdən sonra onu mehribanlıqla və zarafatla ələ salanda, onun yaşlı olması mövzusunda haqlı idi. Amma indi Formula1-in ikinci ən yaşlı sürücüsü məhz Lyuis Həmiltondur! Nə yaxşı ki, Fernando qırx yaşdan sonra da yarışmağın mümkün olduğunu göstərir. Lyuis yəqin ki, düşünür: “Əla! Daha bir neçə mövsümüm var!”.

Qeyd edək ki, Alonsonun 1 ay sonra 42 yaşı tamam olacaq. Həmiltonun isə artıq 38 yaşı var. Karyeraları boyunca bəzən münasibətləri yaxşı olmasa da, xüsusilə son yarışdan sonra bir-birilənin ünvanlarına çox xoş sözlər səsləndiriblər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*